May 25, 2017 10:23 Asia/Baku
  • Ruhani: İran və Türkiyənin regional əməkdaşlıqları önəmlidir
    Ruhani: İran və Türkiyənin regional əməkdaşlıqları önəmlidir

İran İslam Respublikası prezidenti Türkiyə prezidenti ilə telefon söhbətində regional məsələlərlə bağlı Tehran və Ankara arasında əməkdaşlıqları önəmli adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə günü türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğana telefon əlaqəsi saxladığı üçün təşəkkür edərək, deyib: Tehran və Ankara arasındakı ikitərəfli əməkdaşlıqları habelə, İran, Türkiyə və Rusiya arasındakı üçtərəfli əməkdaşlıqları regional məsələlərin həllində önəmli adlandıraraq, xüsusi ilə Astana müzakirələrini regionda sülh və sabitliyin möhkəmləndirilməsində mühüm dəyərləndirib. 

Ruhani həmçinin, ötən  4 ildə İran və Türkiyə arasındakı əlaqələrin xeyli genişlənməsi və möhkəmlənməsinə işarə edərək, bu istiqamətdə mühüm addımların atıldığını bildirib və deyib: İki ölkə arasında illik ticarət dövriyəsinin 30 milyard dollara çatdırılması üçün ikitərəfli əlaqələrdə bir sıçrayışa ehtiyac var. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bu telefon əlaqəsində Həsən Ruhanini İran prezident seçkilərində yenidən qələbə çalması münasibəti ilə təbrik edib və deyib: İran və Türkiyə əlaqələri inkişaf halında olan əlaqələr olub və bu əlaqələrin daha da möhkəmləndirilməsi həm ikitərəfli həm də regional münasibətlər baxımından xeyli önəmlidir. 

Ərdoğan İran və Türkiyənin regional məsələlərlə bağlı əməkdaşlıqlarına işarə edib və deyib: İki ölkə regionda sabitlik, təhlükəsizlik və inkişafa nail olmaq üçün Rusiyanın və hətta, digər region ölkələrinin iştirakı ilə Astana müzakirələrini daha da sürətləndirə bilərlər. 

Ruhani və Ərdoğan həmçinin, bu telefon danışığında  İran və Türkiyə Ali Strateji Şurasının prezidentlərin iştirakı ilə tez bir zamanda Tehranda iclas təşkil etməsinin ikitərəfli əlaqələrin möhhkəmləndirilməsində təsirli olacağına təkid ediblər. 

Teqlər