May 25, 2017 17:49 Asia/Baku
  • PKK yaraqlıları ilə döyüşdə Türkiyənin 3 təhlükəsizlik qüvvəsi həlak olub
    PKK yaraqlıları ilə döyüşdə Türkiyənin 3 təhlükəsizlik qüvvəsi həlak olub

Türkiyənin təhlükəsizlik mənbələrinin verdikləri məlumata görə, ölkənin şərqində PKK yaraqlıları ilə gedən döyüşlərdə 2 hərbçi və bir polis zabiti həyatını itirib.

Röyters-in verdiyi məlumata görə, PKK-ya bağlı silahlılar cümə axşamı Doğu Bayazit məntəqəsində təhlükəsizlik qüvvələrinə tərəf atəş açaraq, 2 hərbçini öldürüblər. Bu hücumda 4 nəfər də yaralanıb. 

Bu məlumata görə, bir polis zabiti də dünən Şırnak vilayətində, İraq sərhədinə yaxın ərazidə yerləşən dağlıq məntəqədə çıxan toqquşmada həyatını itirib. 

2015-ci ilin iyul ayında Türkiyə hökuməti və PKK arasında atəşkəsin pozulmasından bəri ölkənin cənub-şərq məntəqələri 1984-cü ildən bəri ən ağır silahlı toqquşmaların şahididir. 

Teqlər