İyun 18, 2017 17:14 Asia/Baku
  • Türkiyə Əsədin müxaliflərinə təlim keçir
    Türkiyə Əsədin müxaliflərinə təlim keçir

"Demokratik Suriya Qüvvələri" adlandırılan ərəb və kürd qüvvələrdən ibarət koalisiyanın İŞİD hökumətinin mərkəzinə doğru irəlilədiyi bir şəraitdə daxil olan məlumatlara əsasən, Türkiyə "Azad Suriya Ordusu" adlandırılan qüvvələrdən istifadə ilə Suriya kürdlərilə mübarizəsini davam etdirmək niyyətindədir.

Press TV müxbiri İstanbuldan göndərdiyi reportajda belə deyib: Kürd qüvvələrin Suriyanın Riqqə şəhərinə doğru irəliləməsilə bir zamanda Türkiyə ordusu kürd qüvvələrə qarşı istifadə etmək üçün "Azad Suriya Ordusu" adlandırılan qüvvələri hazırlamaqla məşğuldur. Əlbəttə, Türkiyə ilə "Azad Suriya Ordusu" arasında həmkarlıq yeni bir hadisə deyildir. Türkiyə ordusu bundan öncə də bu qüvvələrdən Suriya torpaqlarında "Fərat qalxanı" əməliyyatını həyata keçirmək üçün istifadə edibdir.

Politoloq Mustafa Hamdaoğlu bu haqda belə deyib: Türkiyə hazırda "Azad Suriya Ordusu" qüvvələrinə təlim verməklə məşğuldur, zira bundan öncə də onların köməyilə Əlbab məntəqəsini azad edə bilmişdi. Türkiyə Riqqənin azad edilməsi əməliyyatında iştirak etmir, zira kürdlərin bu əməliyyatda iştirak etmələri ilə müxalif idi və Amerikadan da istəmişdi ki, kürdlərin yerinə, "Azad Suriya Ordusu" qüvvələrindən istifadə etsin.

Kürdlərə dəstək verən və Türkiyə hökuməti ilə müxalif olan Xalqların Demokratik Partiyası bu hökumətlə müxalif olan bütün yerli qruplarla yanaşı, bu ölkənin Suriyadakı hərbi əməliyyatı ilə müxalifdir və onlar deyirlər ki, bu kimi avantüralar nəticə etibarı ilə gələcəkdə Ankaranın özünü problemlə üzləşdirəcəkdir.

Umut Nəsir- politoloq: Türkiyə "Fərat qalxanı" əməliyyatına başlayarkən başa düşdü ki, "Azad Suriya Ordusu" qüvvələrinə söykənə bilməz. Onlar əməliyyatın uğuruna rəğmən, böyük tələfata uğradılar. Türkiyə hazırda "Azad Suriya Ordusu" qüvvələrini İŞİD-in caynağından çıxarılmış məntəqələrdə yerləşdirmək niyyətindədir.

Bəzi informasiyalara əsasən, Türkiyə ordusu Əlbab məntəqəsinin azad edilməsi əməliyyatında başa düşdü ki, "Azad Suriya Ordusu"nun qüvvələri təklikdə mübarizə apara bilməzlər. Elə buna görə, Türkiyə bu əməliyyatda özünün ordu qüvvələrinin sayını artırmağa məcbur oldu. Ondan sonra Türkiyə ordusu "Azad Suriya Ordusu"nun qüvvələrinə təlim verilməsi proqramına başladı ki, bundan sonra daha az qüvvə itirməklə daha çox qələbə əldə etmiş olsun. 

Press TV müxbiri söyləyib: Bir çoxları bu qənaətdədirlər ki, Türkiyənin yeganə məqsədi, kürdləri öz cənub sərhədlərindən uzaqlaşdırmaqdır, zira onların muxtar məntəqənin yaradılması üzrə uzunmüddətli niyyətlərindən nigarandır. Belə görünür ki, Türkiyə həmin hədəfə çatmaq üçün bu ölkəyə kömək edəcək hər bir qüvvə ilə əməkdaşlıq etməyə hazırdır.