İyun 19, 2017 09:51 Asia/Baku
  • Türkiyə hərbçiləri
    Türkiyə hərbçiləri

Qətər dövləti bildiribdir ki, iki ölkə arasındakı hərbi razılaşmanın icrası çərçivəsində Türkiyə hərbçilərinin ilk qrupu Qətərə daxil olub.

IRNA-nın məlumatına görə, Türkiyə ordusunun quru qoşunlarının əsgərlərinə şamil olan türk qüvvələr Doha şəhərinə daxil olduqdan sonra bu şəhərin "Tariq ibn Ziyad" bazasına köçürülüblər. Onlar bu qarnizonda təlim-məşqlərə başlayıblar.

Türkiyə Qətərə türk hərbçilərin göndərilməsinin ilk etapında tanklar və ağır silahları da Dohaya göndəribdir.

Türkiyə parlamenti son zamanlar Türkiyə ordusu hərbçilərinin Qətərə göndərilməsi qanununu qəbul edibdir.

Türkiyə hərbçilərinin Qətərə daxil olmaları elə bir haldadır ki, Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Amerikanın təzyiqi altında iyunun beşindən bəri Qətərlə diplomatik əlaqələrini kəsiblər.

Bu ölkələr arasındakı böhran Qətərin, İranın regionda dəstəklədiyi qrupları himayə etməsi və Dohanın bütün ərəb cərəyanı ilə yanaşı olmaması bəhanəsilə başlanıbdır.

Teqlər