İyun 19, 2017 16:58 Asia/Baku
  • Türkiyənin konstitusiya məhkəməsi önündə piket
    Türkiyənin konstitusiya məhkəməsi önündə piket

Xalqların Demokratik Partiyasının Türkiyə məclisindəki bir qrup üzvü bu partiyanın üzvlərinin məhkəmə orqanlarında məhkum olunmalarına etiraz olaraq, Türkiyənin konstitusiya məhkəməsi önündə piket keçirib.

Aran Nyus-un məlumatına görə, bu nümayəndələr Xalqların Demokratik Partiyası üzvlərinin məhkumluqları məsələsinin yenidən araşdırılmasını istəyiblər.

Xalqların Demokratik  Partiyasının nümayəndəsi Əhməd Yıldırım bu piketdə bu partiyanın həbsdə olan nümayəndələrinin işlərinin yenidən araşdırılmasını istəyərək, deyib: Konstitusiya məhkəməsi xalqın istəklərinə uyğun olaraq və demokratik şəkildə rəftar etməlidir.

Əhməd Yıldırımın sözlərinə görə, konstitusiya məhkəməsi bu partiyanın üzv və rəhbərlərinin, o sıradan Səlahəddin Demirtaş və Figən Yüksəkdağın və bu partiyanın daha on bir nümayəndəsinin həbs olunması barədə qaranlıq fəaliyyətə malik olubdur.

IRNA-nın məlumatına görə, Türkiyə ötən milad ilindəki çevrilişdən sonra məclis üzvlərinin toxunulmazlıqları qanununu ləğv etdi və ondan sonra saysız-hesabsız nümayəndə məhkəmə orqanlarına çağırıldı, lakin kürd partiyası olan Xalqların Demokratik Partiyasının nümayəndələri məhkəmə orqanlarına getməkdən boyun qaçırdılar

Bu məsələnin ardınca Xalqların Demokratik Partiyasının rəhbərləri Səlahəddin Demirtaş və Figən Yüksəkdağ bu partiyanın doqquz digər nümayəndəsilə yanaşı həbs olundu və hazırda da həbsdədirlər.

Təqribən beş ay bundan qabaq Xalqların Demokratik Partiyasının rəhbərləri Səlahəddin Demirtaş və Figən Yüksəkdağa qarşı ağır cinayət işi qaldırıldı ki, onun gedişində Demirtaş üçün 43 ildən 142 ilədək, Yüksəkdağ üçün isə 30 ildən 83 ilədək həbs istənilmişdi.

Belə bir halda, Xalqların Demokratik Partiyasının digər bir üzvü və Diyarbəkir şəhərinin Türkiyə milli məclisindəki nümayəndəsi Nursel Aydoğanın nümayəndəliyi də ötən ay ləğv və bu məclisdən ixrac olundu.

Türkiyə milli məclisində iştirak edən üçüncü böyük partiya olan Xalqların Demokratik Partiyasının üzvlərinin sayı Yüksəkdağ və Aydoğanın nümayəndəliklərinin ləğv olunmasından sonra 57 nəfərə enibdir.

Teqlər