İyun 21, 2017 10:53 Asia/Baku
  • Putin Rusiyanın Türkiyədəki yeni səfirini təyin etdi

Rusiya prezidenti Vladimir Putin bu ölkənin İstanbuldakı sabiq baş konsulu Aleksandr Yerxovu Rusiyanın Türkiyədə yeni səfiri təyin etdi.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Aleksandr Yerxov Rusiyanın Türkiyədə səfiri təyin edilməzdən öncə Rusiya Xarici İşlər Nazirliyində Böhran Mərkəzinin müdiri vəzifəsində çalışırdı. 

Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlov 19 Dekabr 2016-cı ildə Ankarada bir foto-sərgiyə baxış keçirdiyi zaman sui-qəsdə məruz qalmış və qətlə yetirilmişdi. 

Teqlər