İyun 22, 2017 10:57 Asia/Baku
  • Türkiyə Qətərə bir yük gəmisi yardım göndərdi
    Türkiyə Qətərə bir yük gəmisi yardım göndərdi

Türkiyə Fars körfəzi ətrafında yerləşən bəzi Ərəb ölkələri tərəfindən Dohaya qarşı tətbiq edilmiş blokadanı yarmaq məqsədi ilə Qətərə yardım daşıyan ilk gəmisini bu ölkəyə göndərib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi dünən deyib: Yükü ərzaq məhsulları və dərman preparatları olan bu gəmi artıq Qətərə doğru yol alıb. 

Bir neçə Ərəb ölkəsi son zamanlar Qətər ilə diplomatik əlaqələrini kəsiblər. 

Ərəbistan, BƏƏ, Bəhreyn, Misir və bir sıra digər Ərəb ölkəsinin Qətər ilə diplomatik əlaqələrini kəsmələri və bu ölkə ilə bütün quru, hava və dəniz yollarını bağlamaları Dohanın böhran ilə üzləşməsinə səbəb olub. 

Qətər ilə diplomatik əlaqələrini kəsən ölkələr Dohanı Fələstin müqavimətini himayə etməkdə ittiham edirlər. 

Teqlər