İyun 25, 2017 16:28 Asia/Baku
  • Türkiyə bir daha Qətərə dəstək verdi
    Türkiyə bir daha Qətərə dəstək verdi

Türkiyə prezidenti Ankaranın Fars körfəzi ətrafında yerləşən bəzi ərəb ölkələrinin tələbləri qarşısında Dohanın mövqeyini müdafiə etdiyini bildirib və deyib: Türkiyə Qətərə dəstəyini davam etdirəcək.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bu gün bazar, İstanbulda Memar Sinan məscidində Fitr bayramı namazında iştirak etdikdən sonra Fitr bayramı münasibəti ilə Türkiyə xalqı və İslam Ümmətini təbrik edərək, Qətərin Fars körfəzi ətrafında yerləşən bəzi ərəb ölkələrinin 13 maddəlik tələbnaməsi ilə müxalifət etməsini doğru addım adlandırıb və bu qərarı alqışalyıb.

Ərdoğan həmçinin, Türkiyənin Qətərdəki hərbi bazasının bağlanması tələbini Ankaraya qarşı hörmətsizlik adlandırıb və deyib: Hər hansı bir ölkə ilə müdafiə sahəsindəki əməkdaşlıqlarımız üçün heç kimdən icazə almayacağıq.

Türkiyə prezidenti Qətərə qarşı tətbiq edilmiş sanksiyaları da tənqid edib və deyib: Bu gün Doha müxtəlif sanksiyalar ilə üz-üzədir və Ankara bu sanksiyalar qarşısında Qətərə olan yardımlarını davam etdirəcək.

Teqlər