İyun 26, 2017 17:12 Asia/Baku
  • Türkiyədən Qətərə havadan yüklər göndərilir
    Türkiyədən Qətərə havadan yüklər göndərilir

Türkiyənin iqtisadiyyat naziri Qətər əhalisinin gündəlik ehtiyaclarının təmini üçün son günlər ərzində bu ölkədən Qətərə 120-dən çox yük təyyarəsinin göndərilməsindən xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin iqtisadiyyat naziri Nehad Zibəkçi bu gün deyib: Qətərlə bəzi ərəb ölkələri arasında böhranın başlandığı gündən Türkiiyə humanitar yardım yüklərini daşıyan 120-dən çox təyyarə bu ölkəyə göndərib. 

Zibəkçi deyib: Bu müddətdə Türkiyədən Qətərə bir gəmi və 7 treyler də humanitar yardım daşıyıb. 

Dünən də Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Qətərə qarşı sanksiyaları pisləyərək deyib: Bu sanksiyalar qarşısında rəsmi Ankaranın Dohaya dəstəyi davam edəcək. 

Teqlər