İyun 29, 2017 09:47 Asia/Baku
  • Türkiyənin hücumunda 7 PKK-çı öldürülüb
    Türkiyənin hücumunda 7 PKK-çı öldürülüb

Türkiyə ordusunun İraqın şimalına hücumda PKK-nın 7 üzvü öldürülüb.

İRNA-nın məlumatına görə, Türkiyə ordusu çərşənbə günü bir bəyanatda bildirib: Türkiyə qırıcılarının İraqın şimalında Avasin-Basyan bölgəsində PKK-nın mövqelərinə hücumda 7 PKK-çı öldürülüb. 

Məlumata görə, bu əməliyyatda həmçinin PKK-nın bir neçə sığınacağı və silah mövqeləri məhv edilib. 

Başqa bir məlumata görə, PKK ünsürlərinin Şırnak vilayətinin Uludərə şəhərində bir hərbi avtomobilə hücumunda 3 hərbçi ölüb və 3 hərbçi də yaralanıb. 

Türkiyə dövlət qüvvələri ilə PKK ünsürləri arasında 2015-ci il iyun ayında yenidən başlanan qarşıdurmada indiyə qədər 600-dən çox Türkiyə hərbçisi və 7 mindən çox PKK üzvü ölüb. 

Teqlər