İyul 19, 2017 18:08 Asia/Baku
  • Yıldırım: Qılıçdaroğlu Türkiyə xalqından üzr istəməlidir

Türkiyə baş naziri Cümhuriyyət Xalq Partiyası CHP lideri Kamal Qılıçdaroğludan 15 iyul 2016-cı il çevrilişinin idarə olunan çevriliş olmasına dair çıxışına görə, xalqdan üzr istəməsini istəyib.

İSNA-nın məlumatına görə, Türkiyə baş naziri Binəli Yıldırım deyib: CHP lideri Türkiyə xalqına bir üzr borcludur.

Qılıçdaroğlu verdiyi açıqlamada bildirib ki, ötən ilki çevriliş idarə olunan bir çevriliş idi. Bu açıqlama ardınca, hakim partiya Qılıçdaroğlu və onun partiyasını terrorçuları dəstəkləməkdə suçlayıb.

Elə bu istiqamətdə Türkiyə rəsmiləri bildiriblər ki, Ankaradan İstanbula qədər ədalət yürüşü terrorçulara dəstək üzrə yürüş olub.

Teqlər