İyul 21, 2017 08:22 Asia/Baku
  • Almaniya Türkiyə qarşısındakı mövqeyini dəyişib

Almaniyanın xarici işlər naziri Berlinin Ankara qarşısındakı mövqeyinin dəyişməsindən xəbər verib.

Parisdə çıxan Le-Fiqaro qəzetinin məlumatına görə, Türkiyədə bir qrup alman insan haqları fəalının həbs olunmasının ardınca Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel dünən xəbərdarlıq edərək bildirib ki, Türkiyə dövlətinin bir qrup alman insan haqları fəalının həbs olunması üzrə hərəkəti Ankara üçün neqativ iqtisadi nəticələrə gətirib çıxaracaqdır.

Almaniyanın xarici işlər naziri deyib: Almaniyanın Türkiyə qarşısındakı siyasətinin səmtinin dəyişməsi Berlinin alman şirkətlərin Türkiyədə sərmayə yatırmaları və ya bu ölkəyə ixracatlarına maliyyə yardımlarının yenidən nəzərdən keçirilməsinə şamil olur. Almaniya Türkiyənin mühüm ticarət şəriklərindəndir.

Almaniyada insan haqları fəalı Piter Studner iyulun beşində bir qrup insan fəalı, o sıradan Beynəlxalq Amnistiya Təşkilatının ofis müdiri ilə yanaşı Türkiyədə terrorizmə dəstək vermək ittihamı ilə həbs olunub.