İyul 21, 2017 09:33 Asia/Baku
  • Türkiyə sahillərində 6,9 bal gücündə zəlzələ baş verib

Türkiyənin cənub-qərbində yerləşən Bodrum sahil şəhərində rixter şkalası ilə 6,9 bal gücündə zəlzələ baş verib.

Təsnim xəbər agentliyinin məlumatına görə, bu zəlzələ bu gün səhər Türkiyənin cənub-qərbində yerləşən Bodrum sahil şəhərini titrədib.

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib. Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.

Deyilənlərə görə, bu yeraltı təkan nəticəsində Bodrum şəhəri ətrafındakı binalara böyük xəsarətlər dəyib.

Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

APA-nın verdiyi xəbərə görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir. 

Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub.  Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib.  

Deyilənlərə görə, bu zəlzələ nəticəsində Egey dənizində yerləşən Yunanıstanın Kas adasında iki nəfər ölüb, bir qrup insan da yaralanıbdır.

Teqlər