İyul 21, 2017 09:58 Asia/Baku
  • İstanbulda sionist rejimə qarşı aksiya
    İstanbulda sionist rejimə qarşı aksiya

Türkiyə müsəlmanları sionist rejimin Məsciduləqsanın səhninə daxil olmaq üçün gördüyü yeni təhlükəsizlik tədbirlərinə etiraz olaraq İstanbulda yerləşən əsas sinaqoqların önündə aksiya keçiriblər.

Frans-Press-in məlumatına görə, Türkiyə müsəlmanları dünən bu aksiyada sionist rejimin Məsciduləqsanın səhninə daxil olmaq üçün gördüyü yeni təhlükəsizlik tədbirlərini pisləyərək, vurğulayıblar ki, sionistlər müsəlmanların Beytulmuqəddəsdə ibadət etmələrinə mane olmaq istəyirlər.

Əllərində Fələstin bayraqları və üzərlərində sionist rejimin cinayətlərini pisləyən şüarlar yazılmış plakatlar tutan aksiyaçılar işğalçı rejimin qəsb etdiyi ərazilərdəki hərəkətlərini pisləyiblər.

Bununla bağlı, İstanbulda yerləşən Türkiyə ravvinləri fondu da sionist rejimin Məsciduləqsanın səhninə daxil olmaq üçün gördüyü yeni təhlükəsizlik tədbirlərinə qarşı öz hiddət və nifrətini elan edibdir.

Fələstinlilər Məsciduləqsanın səhninə daxil olmaq üçün sionist rejim hərbçiləri tərəfindən quraşdırılmış elektron darvazaların yerləşdirilməsini tənqid edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən sionist rejimin başçısı Rivin Rivlin ilə telefon söhbətində ondan istəyibdir ki, Məsciduləqsanın İslam Dünyası üçün olan önəminə görə, bu məkandan elektron darvazaları yığışdırsın.

Teqlər