İyul 22, 2017 12:20 Asia/Baku
  • Numan Qurtulmuş
    Numan Qurtulmuş

Türkiyə baş nazirinin müavini və Türkiyə hökumətinin keçmiş sözçüsü Numan Qurtulmuş Əl-Cəzirə telekanalı ilə müsahibəsində Qətər böhranı bardədə deyib: Ali-Səud öz tələblərinə yenidən baxmalıdır və Qətər də konstruktiv mövqe sərgiləməlidir ki, müzakirə üçün yol açılsın və Türkiyə də bu sahədə vasitəçi olsun yaxud ən azından baxışları biri-birinə yaxınlatsın.

Türkiyə baş nazirinin müavini deyib: Amerika bu böhranda tərəflərə silah sata bilər və nəticə etibarı ilə neftə, təbii qaza və maye qaza əl tapa bilər. Bununla belə bu metod səhvdir və Amerikanın İraqdakı fəaliyyətini nəzərdən keçirdikdə görürük ki, bu davamlı olmadı və Orta Şərqdə sakitlik beynəlxalq sülhə öz töhfəsini verəcək, ABŞ və Rusiya rəhbərləri Orta Şərqə bu prizmadan baxırlar ki, bu məntəqəni öz nəzarətlərinə alsınlar və vasitəçi savaşlar yolu ilə öz güclərini qoruyub saxlasınlar, təbbi sərvətlərdən faydalansınlar. Amma bunu bilməliyik ki, Orta Şərqdə təhlükəsizlik və sülh beynəlxalq sülhə gətirib çıxaracaq və Fələstin məsələsi də, bu prinsipdən müstəsna deyil, ona görə ki, şərq və qərb məsələlərinin biri-birinə təsiri var. Məhz buna görə, ABŞ, Rusiya, Britaniya və digər ölkələr ağıllı hərəkət etməlidirlər.

Teqlər