İyul 24, 2017 21:50 Asia/Baku
  • İşğalçı rejimin Ankaradakı səfirliyi bağlandı
    İşğalçı rejimin Ankaradakı səfirliyi bağlandı

Sionist rejim bazar ertəsi günü müsəlmanların etirazları və hücumları qorxusundan Türkiyənin Ankara şəhərində səfirliyi və İstanbul şəhərindəki konsulluqlarının fəaliyyətlərini dayandırıb.

İRNA-nın məlumatına görə, Qüdsü işğal etmiş rejimin Xarici İşlər Nazirliyi bu addımın səbəbini təhlükəsizlik məsələləri adlandırıb.

Bir neçə gün öncə bu rejimin İstanbuldakı konsulluğu və İsrail rejimi səfirinin Ankaradakı mənzili önündə bu rejimin cinayətləri və repressiyalarına etiraz əlaməti olaraq aksiya keçirilmiş və sionist reimin işğal olunmuş ərazilər, xüsusilə də əl-Əqsa məscidindəki hərəkətləri pislənilmişdi.

Təxminən 1 ay öncə də sionist rejimin Ankaradakı səfirliyi önündə etiraz aksiyası keçirilmiş və etirazçılar Nikbət Gününü yad edərək Fələstin xalqına dəstəyi nümayiş etdirmişdilər.

Türkiyə və İsrailin 1990-cı dekadada və 2000-ci illərin əvvəlində Rəcəb Tayyib Ərdoğan baş nazir olmadan öncə, böyük hərbi və silah əməkdaşlıqları vardı. Bu əlaqələr 2010-cu ildə Mavi Mərmərə hadisəsi ilə sona çatdı.

Ondan sonra, İsrail rejimi və Türkiyə 2016-cı ilin iyun ayında anlaşma imzalayaraq regional müxalifətlər, o cümlədən Fələstin xalqının etirazlarına rəğmən diplomatik əlaqələrin yenidən qurulmasına şərait yaratdı.

Teqlər