Avq 12, 2017 17:14 Asia/Baku
  • Qazaxıstanda Türkiyənin investisiya həcminin artırılması istənilib
    Qazaxıstanda Türkiyənin investisiya həcminin artırılması istənilib

Türkiyənin iqtisadiyyat naziri bu ölkənin Qazaxıstandakı investisiya həcminin artırılması və mühacir işçi qüvvəsi mübadiləsinin asanlaşdırılması məqsədilə Qazaxıstanla qarşılıqlı vizanın ləğvini istəyib.

Fars xəbər agentliyinin məlumatına görə,  ticarət dairələrinin Astanada keçirilən "Türkiyə-Qazaxıstan" konfransında çıxış edən Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi iş mühacirləri üçün viza rejiminin qarşılıqlı ləğvini istəyib.

Zeybekçi əlavə edib: Hərçənd Astana ilə Ankara arasında vizasız rejim icra olunur, amma hər iki ölkədə işçi qüvvəsinin azad fəaliyyəti üçün vizasız rejimin bərqərarı da zəruri görünür.

Türkiyənin iqtisadiyyat naziri həmçinin deyib: Türkiyənin Qazaxıstandakı investisiya həcmi iki milyard dollar olub, halbuki bu rəqəm beşqat arta bilər.

Qərar üzrə Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan sentyabrın doqquzu və onunda Qazaxıstanda səfərdə olmalıdır.

Teqlər