Avq 12, 2017 18:54 Asia/Baku
  • Çavuşoğlu: Almaniya parlamentinin bəzi üzvləri PKK-ya dəstək verirlər
    Çavuşoğlu: Almaniya parlamentinin bəzi üzvləri PKK-ya dəstək verirlər

Türkiyənin xarici işlər naziri deyib ki, Almaniya parlamentinin bəzi üzvləri PKK-ya dəstək verirlər.

Türkiyədə çıxan Milliyyət qəzetinin vebsaytının məlumatına görə, Mövlud Çavuşoğlu dünən deyib: Almaniya parlamentinin bu üzvləri PKK-nın adını terroçu qruplar siyahısından çıxarmağa çalışırlar.

Türkiyənin xarici işlər naziri deyib ki, bu nümayəndələrin əksər hissəsi solçu partiyaların üzvləridir.

Çavuşoğlu həmçinin Türkyəyə səfər və alman hərbçilərin bu ölkədəki hərbi bazasından baxış keçirmək barədə Türkiyə dövlətindən təhlükəsizlik zəmanəti istəmiş Almaniya parlamentinin üzvlərindən birinin sözlərinə reaksiyada deyib: Türkiyə hüquqi prinsiplərə söykənən bir dövlətdir və hüquqi və beynəlxalq prinsiplərə hörmətlə yanaşır.

Çavuşoğlu söyləyib: Əgər bu alman nümayəndəni ölkəsi Türkiyəyə göndərərsə, Konya bazasından baxış keçirə, sonra da ölkəsinə qayıda bilər.

Türkiyə-Almaniya əlaqələri ötən bir ildə, xüsusən keçən ilin iyulunda Türkiyədə baş vermiş uğursuz çevrilişdən və bu ölkədəki son əsas qanun referendumundan sonra gərginliyə düçar olubdur.

Teqlər