Avq 12, 2017 20:25 Asia/Baku
  • Türkiyənin cənub-şərqində partlayış nəticəsində iki türk hərbçi ölüb
    Türkiyənin cənub-şərqində partlayış nəticəsində iki türk hərbçi ölüb

Türkiyənin cənub-şərqində əldəqayırma bomba partlayışı nəticəsində iki türk hərbçi ölüb.

Türkiyənin Anadolu xəbər agentliyi bu gün bu ölkənin cənub-şərqində əldəqayırma bomba partlayışı nəticəsində iki türk hərbçinin ölməsindən xəbər verib.

Bu partlayış Türkiyənin Batman vilayətində bir hərbi avtomobilin keçdiyi yolda baş verib və dövlət keçmişdə olduğu kimi bu hücumu PKK fəalları ilə əlaqələndirib.

Ankara və onun qərbli müttəfiqləri PKK-nı terrorçu təşkilatlar siyahısına salıblar.

2015-ci ilin yayında PKK ilə Ankara arasındakı kövrək atəşkəsin başa çatması ilə iki tərəf arasında döyüşlər bərpa olundu. Türkiyənin cənub-şərqi hər gün zorakılıqların şahididir.

Türkiyədə kürdlərin münaqişəsi 1984-cü ildən 40 min nəfərdən çox insanın ölümü ilə nəticələnibdir.

Teqlər