Avq 17, 2017 21:19 Asia/Baku
  •  İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə prezident aparatının sözçüsü regional məsələlərdə Ankara və Tehranın eyni mövqeyindən razılıq edib.

İRİB-in məlumatına görə, Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın cümə axşamı günü İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Baqirinin Türkiyə rəsmiləri ilə görüşləri haqda deyib: Bu görüşlərdə İŞİD kimi terror qruplaşmaları ilə mübarizə, Qazaxıstanın Astana şəhərində suriyalı-suriyalı sülh müzakirələrinin prosesi, sərhəd təhlükəsizliyi və İraq və Suriyada stabillik məsələləri müzakirə olundu və Ankara bu hallarda eyni mövqenin olmasından razıdır.

İbrahim Kalın Ankarada keçirdiyi mətbuat konfransında əlavə edib: İran regionun önəmli ölkəsi və Türkiyənin qonşusudur. Tehranla müzakirələrimiz Suriya və İraq məsələləri ilə məhdudlaşmır və başqa önəmli məsələlər haqda da fikir mübadiləsi aparılacaq.

Türkiyə Prezident Aparatının sözçüsü Suriyanın ərazi bütövlüyünün qorunmasının əhəmiyyətinə toxunaraq deyib: Türkiyə Rusiya və İrandan əlavə ABŞ kimi digər ölkələrlə də müzakirə aparır. Lakin Astana suriyalı-suriyalı sülh müzakirələri prosesinin əhəmiyətini nəzərə alaraq İran və Rusiya prioritetdir.

İbrahim Kalın həmçinin bildirib: Rəsmi Ankara İran heyətindən ikitərəfli əməkdaşlıqların genişləndirilməsi üçün Türkiyə hökumətinin siyasi iradəsini İranın yüksək səviyyəli rəsmilərinə çatdırmasını istəyib.

İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Baqiri çərşənbə axşamı üç günlük səfər məqsədilə Türkiyəyə gedib.

Teqlər