Avq 18, 2017 12:31 Asia/Baku
  • Türkiyə sahillərində 7 əcnəbi miqrant həlak olub
    Türkiyə sahillərində 7 əcnəbi miqrant həlak olub

Türkiyənin İzmir vilayəti Çeşmə şəhərinin Egey dənizi sahillərində bir qayığın batması nəticəsində 7 xarici miqrant həlak olub.

İRNA-nın məlumatına görə, Türkiyə sahil qvardiyası həlak olanların beşinin uşaq olduğunu bildirib. 

Məlumata əsasən, qayığın batması ilə 4 İraq, 3 Somali və 2 Suriya vətəndaşı olan 9 nəfər xilas edilib və Çeşmə şəhər xəstəxanasına nəql olunub. 

Türkiyə Avropaya qeyri-qanuni miqrant axının əsas darvazalarından biridir və qaçaqçılar yüz minlərlə dollar alaraq bu şəxsləri Avropaya çatırmağa çalışırlar. 

ABŞ-ın müdaxilələri, işğalçılığı və terrorçuları dəstəkləməsi nəticəsində Suriya, İraq və Əfqanıstanda müharibə və qarşıdurma milyonlarla insanların öz vətənlərindən didərgin düşməsinə səbəb olub.