Avq 18, 2017 19:32 Asia/Baku
  • Türkiyədə iki terrorçu öldürülüb

Kütləvi İnformasiya Vasitələri Türkiyənin Tunceli vilayətində iki terrorçunun öldürüldüyünü xəbər veriblər.

İRİB-in məlumatına görə, Tunceli vilayətində bir kənddə yaşayış evində iki terrorçu Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb və terrorçular üzərlərində olan bombaları partladıblar. 

Terrorçular Türkiyə təhlükəsizlik qüvvələrinin əlinə keçməsin -deyə üzərlərində bombaları partladıblar. 

Tunceli valisi iki terrorçunun öldürüldüyünü təsdiqləyib və evdə axtarış zamanı bir neçə silah və müəyyən qədər sursatın aşkarlandığını bildirib. 

Teqlər