Avq 19, 2017 17:52 Asia/Baku
  • Türkiyədə 1 terrorçu öldürülüb

Türkiyənin cənubunda təhlükəsizlik qüvvələri ilə toqquşmada 1 terrorçu öldürülüb.

İRİB-in Ankaradan verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənubunda Hatay vilayətində həyata keçirdikləri əməliyyatda bir terrorçunu güllələyərək öldürüblər. 

Bu məlumata görə, əməliyyat Hatay-İskəndərun şose yolunda baş verib və 3 terrorçu da saxlanılıb. 

Türkiyənin İstixbarat təşkilatı da (MİT) ölkənin 81 vilayətinin təhlükəsizlik qrumlarına məktub göndərərək terrorçu hücumların baş verməsi ehtimalı barədə xəbərdarlıq edib. 

Türkiyənin hərbi qüvvələrinin dünən İskəndərun bölgəsinin Amanos hündürlüklərində terrorçu qruplarla toqquşmalarında isə bir Türkiyə əsgəri həlak olub.  

Teqlər