Avq 21, 2017 09:04 Asia/Baku
  • Türkiyə prezidenti ABŞ və Almaniyanı tənqid edib
    Türkiyə prezidenti ABŞ və Almaniyanı tənqid edib

Türkiyə prezidenti ABŞ-ın PYD və YPG-yə hərbi yardımlarını və Almaniyanın Türkiyəyə müdaxilələrini qınayıb.

İRİB-in verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bazar günü İstanbulda Ədalət və İnkişaf Partiyasının yığıncağında etdiyi çıxışında Almaniyanı terrorizmə dəstək verməkdə ittihamlandıraraq deyib: Almaniya rəsmiləri Türkiyədə konstitusiyaya dəyişiklik referendumu zamanı Ankaraya xəyanət etdilər, məhz buna görə bu gün Almaniyada yaşayan türk vətəndaşları bu ölkədə keçiriləcək seçkilərdə iştirak etməməyə çağırıram. 

Ərdoğan həmçinin Amerikanın Suriyanın şimalındakı kürdləri silahlandırmasını və Fətullah Gülənə dəstək verməsini qınayaraq deyib: Amerikalıların bu qruplara verdikləri silahlar Türkiyəyə qarşı istifadə olunacaq. 

Amerikanın son vaxtlar Suriyanın şimalındakı kürdlərə 112 yük maşını ilə silah və hərbi sursat göndərdiyi deyilir. 

Teqlər