Avq 23, 2017 09:30 Asia/Baku
  • Rəcəb Tayyıb Ərdoğan
    Rəcəb Tayyıb Ərdoğan

Türkiyə prezidenti deyib ki, Ankara heç vaxt demokratik birlik partiyası- PYD və bu partiyanın müdafiə bölmələri olan YPG tərəfindən Suriyanın şimalında saxta kürd dövlətinin təşkilinə icazə verməyəcək.

Rəcəb Tayyıb Ərdoğan dünən Ankarada Türkiyənin müxtəlif şəhərlərindən olan bəzi yerli rəsmilər və ağsaqqalların iclasında Suriyanın şimalında saxta kürd dövlətinin təşkili iddiasına reaksiyada onu boş iddia adlandırıb.

O, demokratik birlik partiyası- PYD və bu partiyanın müdafiə bölmələri olan YPG-nin Suriyanın şimalındakı hədəfinin Aralıq dənizinə çıxmaq olduğunu bildirib və belə əlavə edib: Türkiyənin ordu qüvvələri bu ölkənin parçalanması xülyası ilə yaşayan kəslərə belə bir yanlış qərarı icra etmək icazəsi verməyəcəklər.

Türkiyə prezidenti həmçinin Suriyanın şimalında kürd dövlətinin təşkilini kürdlərə qarşı təhqir adlandıraraq, deyib ki, Türkiyə belə bir mexanizmin yaradılması ilə tam şəkildə müxalifdir.

Teqlər