Avq 23, 2017 13:32 Asia/Baku
  • Türkiyə xarici işlər naziri İraqa səfər edib
    Türkiyə xarici işlər naziri İraqa səfər edib

Türkiyənin xarici işlər naziri bu gün səhər rəsmi görüş keçirmək və iraqlı rəsmilərlə məşvərət aparmaq məqsədilə Bağdada daxil olub.

Əlaləm telekanalının məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu səfərdə İraqın prezidenti Fuad Məsum, parlament sədri Səlim Əlcəburi, baş naziri Heydər Əlibadi və xarici işlər naziri İbrahim Əlcəfəri ilə görüşməlidir.

İraq Kürdüstanı məntəqəsinin İraqdan ayrılması üzrə referendum məsələsi Çavuşoğlunun İraq rəsmilərilə görüşlərinin mühüm mehvərlərindən biri elan olunubdur.

Türkiyə bundan öncə Mosulun İŞİD-in işğalından azad edilməsindən sonra onun bərpasına kömək etməyə hazır olduğunu bildirmişdi. Bağdad-Ankara əlaqələri İraqın Bəəşiqə məntəqəsində Türkiyənin hərbi bazasının mövcud olmasına görə, daim gərginliyə düçar olubdur.

Teqlər