Avq 23, 2017 18:15 Asia/Baku
  • Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan
    Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan deyir ki, Ankara kürd yarımhərbçilərin Suriyanın Hələb vilayətinin Əfrin şəhərində hakimiyyətinin qarşısını almaq üçün hər bir addımı atacaqdır.

Türkiyənin Milliyyət qəzeti saytının məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan İordaniyadan geri dönərkən belə deyib: Bizim üçün mühüm olan məsələ, Suriya Kürdüstanı demokratik birliyi partiyası- PYD-nin Əfrindəki hərəkətlərinə mane olmaqdır. Bu məntəqədəki bəzi kürdlər Türkiyənin, bəziləri də PYD-nin tərəfdarıdırlar.

Türkiyə Suriya Kürdüstanı demokratik birliyi partiyasını Türkiyə Kürdüstanı fəhlə partiyasının hərbi qolu və terrorçu qrup bilir.

Türkiyə prezidenti söyləyib: Əfrində köçəri tayfalar mövcuddur ki, lazım gələrsə, Türkiyənin kənarında hərəkət edəcəklər. Əfrin İdlib istiqamətində və Türkiyənin Hatay vilayətinin qonşuluğunda yerləşir və biz bu məntəqə barədə heç bir vəchlə səhlənkarlıq etməyəcəyik. 

Ərdoğan Amerikanın Suriyadakı YPG adlı xalq müdafiə bölmələrinə olan silah köməkləri barədə isə belə deyib: Amerikalılar bizə deyirlər ki, Rəqqə əməliyyatından sonra bu silahları geri alacağıq. Amma biz bu qənaətdəyik ki, Suriyanın şimalında da İraqın şimalındakına oxşar məsələ ilə üzləşəcəyik.

O, əlavə edib: Əfrin əslində PYD-nin Aralıq dənizinə çıxmaq üzrə planının bir hissəsidir. Türkiyə onların Suriyanın şimalından Aralıq dənizinə yol açmalarına icazə verməyəcək.

Teqlər