Avq 31, 2017 13:10 Asia/Baku
  • Türkiyənin İzmir şəhərində partlayış
    Türkiyənin İzmir şəhərində partlayış

İzmirdə baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin qərbində yerləşən İzmir şəhərində bir zibil qabına yerləşdirilmiş bombanın partladılması nəticəsində 8 mülki yaralanıb. 

Deyli Sabah qəzetinin prtalı məlumat verir ki, bu bomba PKK terror qrupu tərəfindən hazırlanıbmış və yerli vaxtla səhər saat 8-də bir sərnişin avtobusu ərazidən keçərkən partladılıb. 

PKK bazar ertəsi günü Türkiyənin cənubunda Şırnak vilayətinə qarşı raket hücumunda da 3 tikinti fəhləsini qətlə yetirmişdi. 

Rəsmi statistikaya görə Türkiyə dövləti ilə PKK terrorçuları arasında 2015-ci il iyul ayından yenidən start götürən toqquşmalarda 1200-dən çox türkiyəli mülki və təhlükəsizlik qüvvəsi həyatını itirib.

Teqlər