Sen 09, 2017 20:59 Asia/Baku
  • ABŞ Senatı Türkiyəyə silah satışını qadağan edən qərar qəbul etdi
    ABŞ Senatı Türkiyəyə silah satışını qadağan edən qərar qəbul etdi

ABŞ Senatın Türkiyə prezidentinin mühafizə xidtməinə silah satışını qadağan edən qanun layihəsinin ilkin mətnini təsdiq edib.

ABŞ Senatının qəbul etdiyi bu qanun layihəsinə əsasən Birləşmiş Ştatlar prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın mühafizə xidmətinə silah satılmasına icazə verə bilməz. 

ABŞ hökuməti bundan öncə Türkiyə prezidentini mühafizə idarəsinə ümumi dəyəri 1 milyon 200 min dollar olan yarım-avtomat Kolt tapançaları və hərbi sursat satmaq istəyirdi. 

Bu müqavilənin icrası Ərdoğanın ABŞ-a səfəri zamanı Vaşinqtonda Türkiyə səfirliyi qarşısında çıxan qarşıdurmaların ardınca dayandırıldı.

ABŞ hökuməti Ərdoğanın cangüdənlərini baş verən qarşıdurmanın əsas amili elan edib. 

Teqlər