Sen 19, 2017 09:57 Asia/Baku
  • ABŞ hökumətindən Ərdoğana qadağa
    ABŞ hökumətindən Ərdoğana qadağa

ABŞ hökuməti Türkiyə prezidentinin mühafizəçilərinə silah satışını dayandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin 16 mayda Vaşinqtonda etirazçılara hücum etməsindən sonra, 1 milyon 200 min dollar dəyərində kiçik silahların Türkiyə Prezident Aparatının mühafizəçilər korpusuna satılması üçün Siq Soer silah istehsalı şirkətinin müqavilə imzalamasının qarşısı alınıb. 

Türkiyə prezidentinin 16 nəfərlik təhlükəsizlik komandası Türkiyə səfirinin Vaşinqtondakı iqamətgahı qarşısında bir neçə etirazçıya hücum etməkdə təqsirli hesab olunublar. 

Etirazçıları terrorçu adlandıran Ərdoğan cari ayın əvvəllərində ABŞ tərəfindən mühafizəçilərinin təqsirli hesab olunmasına qərar verilməsini tənqid edib və deyib: Bu dosye ABŞ-ın məhkəmə sisteminin funksiyasının gülünclüyünü əks etdirdi. 

Teqlər