Sen 20, 2017 13:06 Asia/Baku
  • Türkiyə: İraqın şimalında referendumun keçirilməsinə icazə verməyəcəyik
    Türkiyə: İraqın şimalında referendumun keçirilməsinə icazə verməyəcəyik

Türkiyə bir daha İraq Kürdüstanında 25 sentyabra təyin edilmiş müstəqillik referendumunun keçirilməsinə icazə verməyəcəyini və bunun üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.

Türkiyədə çıxan Hürriyyət qəzeti yazır: Türkiyə İraqın şimalında sonradan dəyişdirilməsi mümkün olmayacaq hər hansı bir addımın atılmasına icazə verməyəcəyini vurğulyaraq, bir daha İraq Kürdüstanının müstəqilliyi ilə müxalifət edib. 

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ universitetlərdə yeni təhsil ilinin başlanması münasibəti ilə Yozqat elində keçirilən mərasimdə deyib: Yalnız Türkiyə deyil ərəblər və türkmənlər də bu referendum ilə müxalifdirlər. 

Bozdağ İraq Kürdüstanında referendumun keçiriləcəyi təqdirdə, Ərbilin Türkiyənin ağır reaksiyası ilə üzləşəcəyini bildirib. 

İraq Kürdüstanında müstəqillik referendumu 25 sentyabr tarixinə təyin edilib.