Sen 20, 2017 20:21 Asia/Baku
  • Türkiyə prezidentinın BMT Baş Assambleyasındakı çıxışı
    Türkiyə prezidentinın BMT Baş Assambleyasındakı çıxışı

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Suriya, İraq, Qətər, Fələstin və Myanma hadisələrinə işarə edib.

İRİB-nin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan İraqın şimalında referendumun keçirilməsi məsələsi barədə də deyib: Bu kimi səylər kürdlər və İraq xalqının xeyrinə deyil. 

Ərdoğan Suriya məsələsinə gəlincə İran və Rusiyanın iştirakı ilə keçirilən Astana iclasına işarə edib və deyib: Bu addım ilə Cenevrə müzakirələri yenidən canlanmış olub. 

Türkiyə prezidenti daha sonra Qətər əleyhinə tətbiq edilmiş və bu ölkə xalqını ciddi problemlərlə üzləşdirmiş sanksiyaların tez bir zamanda ləğv edilməsini istəyib. 

Ərdoğan həmçinin, Yaxın Şərqdə sülhün bərqərarı üzrə səylərin davam etdirilməsinin yeganə yolunu İsrail rejiminin Fələstin ərazilərində qanunsuz qəsəbə salma siyasətini durdurması adlandırıb. 

Türkiyə prezidenti çıxışının davamında Myanma olaylarına toxunub və deyib: Myanma müsəlmanları bir soyqırımı ilə üz-üzədir. 

Teqlər