Sen 23, 2017 13:29 Asia/Baku
  • İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendum qanunsuzdur
    İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendum qanunsuzdur

Türkiyə Milli Təhlükəsizlik Şurası dünən bildirib ki, İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendumun keçirilməsi qanunsuz və qəbuledilməzdir.

Türkiyə Milli Təhlükəsizlik Şurası İraq Kürdüstanı məntəqəsinin başçılarından istəyibdir ki, fürsətin itirilməsindən öncə referendumun keçirilməsindən əl çəksinlər.

Türkiyə Milli Təhlükəsizlik Şurası bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanın sədrliyi və İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendumun araşdırılması məqsədi ilə keçirilən dünənki yığıncağında vurğulayıb: Referendumun keçirilməsinin ağır nəticələri olacaq və İraqın şimalına və bütün regiona zərbə vuracaqdır.

Türkiyənin nazirlər kabineti də dünən gecə bu ölkənin baş naziri Bin Əli Yıldırımın sədrliyi və İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendum məsələsinin araşdırılması məqsədi ilə iclas keçirib. Bu iclasda İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendumun keçirilməsi ilə Türkiyənin real rəftar tərzi və həll yolları barədə qərar çıxarılıb.

İqtisadi sanksiya, ikitərəfli əlaqələrin kəsilməsi, konsulluğun bağlanması, ticarətin dayandırılması, sərhədlərin bağlanması və hətta hərbi hücum da Türkiyənin İraq Kürdüstanı məntəqəsinin ayrılması ilə bağlı referendum ilə mübarizəsi sahəsində irəli sürülmüş seçimlərdəndir.

Teqlər