Sen 25, 2017 11:48 Asia/Baku
  • Türkiyə İraq Kürdüstanı ilə sərhəd keçid məntəqəsini bağladı
    Türkiyə İraq Kürdüstanı ilə sərhəd keçid məntəqəsini bağladı

İraq Kürdüstanında separatçılıq referendumuna start verilməsi ilə bir vaxtda Türkiyə hökuməti bu məntəqə ilə sərhəd keçid məntəqəsini bağlayaraq, gediş-gəlişləri durdurub.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə hökuməti İraq Kürdüstanında separatçı referendumun keçirilməsinə reaksiya olaraq, İraq Kürdüstanı ilə sərhəd məntəqədə yerləşən "Xabur" sərhəd keçid məntəqəsini bağlayıb. 

Türkiyə mediaları həmçinin bildirirlər ki, rəsmi Ankara İraq-Türkiyə arasında quru yolu ilə gediş-gəlişləri də dayandırıb. 

Türkiyə həmçinin, dünən öz hava zonasını İraq Kürdüstanına bağlayıb və Türkiyə-Ərbil arasındakı hava reysini dayandırıb. 

Türkiyə Xarici İşlər Nazirliyi bu gün bir bəyanat yayaraq, İraq Kürdüstanında keçirilən separatçı referendumu tanımadığını bildirərək, bu referendumu qeyri qanuni elan edib və Türkiyə vətəndaşlarından İraq Kürdüstanını dərhal tərk etmələrini istəyib. 

Bütün regional və beynəlxalq müxalifətlərə və rəsmi Bağdadın etirazına baxmayaraq, İraq Kürdüstanı yerli rəhbərliyi separatçı referendumun keçirilməsində israrlı qalaraq, bu gün səhər saatlarından etibarən referenduma start verib. 

Teqlər