Okt 07, 2017 10:23 Asia/Baku
  • Türkiyənin hərbi büdcəsi artırılıb
    Türkiyənin hərbi büdcəsi artırılıb

Türkiyə KİV-i bu ölkənin hərbi büdcəsinin artmasından xəbər veriblər.

İRİB-in məlumatına görə, Türkiyənin hərbi büdcəsinin yaxşılaşdırılması üçün bu ölkə hökumətinin son qərarları onun ilin sonuna qədər 41,3 milyard lirəyə (11,5 milyard dollar) artırıldığını əks etdirir. 

Türkiyənin Müdafiə Nazirliyinin büdcəsi bu ilin əvvəlində 28,7 milyard lirə (8 milyard dollar) proqnoz olunmuşdu. Kütləvi İnformasiya Vasitələrinin bildirdiyinə görə, büdcənin artırılması Türkiyə hərbçilərinin Suriya və İraqda iştirakı xərcləri, proqramdan kənar bir neçə hərbi təlimin keçirilməsi, ordunun gəmilərinin müasirləşdirilməsi və S-400 zenit-raket kompleksinin alınmasına görədir. 

Bir müddət öncə Türkiyənin maliyyə nazir Naci Ağbal bu ölkənin hərbi xərclərinin artmasına toxunaraq bəzi vergilərin 50%-ə qədər artacağını bildirmişdi. 

Onun sözləriə görə, vergilərin artırılmasından əldə olunan gəlirin 2,2 milyard dolları hərbi xərclərə ayrılacaq. 

Teqlər