Okt 09, 2017 10:55 Asia/Baku
  • ABŞ-ın Türkiyədəki səfirliyi qeyri-miqrasiya vizasının verilməsini dayandırıb
    ABŞ-ın Türkiyədəki səfirliyi qeyri-miqrasiya vizasının verilməsini dayandırıb

ABŞ dövləti Türkiyədəki səfirlik və konsulluqlarında qeyri-miqrasiya vizaların verilməsini dayandırıb.

İRNA-nın Türkiyənin Hürriyyət qəzetinin internet portalına istinadlı məlumatına görə, Amerikanın Türkiyədəki səfirlik və konsulluqları müraciətləri minimuma endirmək məqsədi ilə dünəndən etibarən qeyri-miqrasiya vizalarının verilməsini dayandırlblar. 

Türkiyədə qeyri-rəsmi xəbər mənbələri bildiriblər ki, ABŞ-ın Ankaradakı səfirliyi öz işçilərinin təhlükəsizliyindən nigaran qalaraq Türkiyədə viza verilməsini dayandırıb. 

Görünür Amerika bu ölkənin İstanbuldakı konsulluğunun işçisi Mətin Topuzun həbs edilməsinə cavab olaraq bu təşəbbüsə əl atmışdır. 

ABŞ-ın İstanbuldakı konsulluğunun yerli işçisi Topuz bir həftə öncə İstanbul prokurorunun hökmü ilə casusluqda və Gülən qrupu ilə əlaqədə olmaqda ittihamlandırılaraq Türkiyənin təhlükəsizlik polisi tərəfindən həbs edilmişdir. 

Türkiyə baş nazirinin müavini və Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bu barədə deyib: ABŞ-ın İstanbuldakı konsulluğu Gülən qrupu ilə əlaqədə olmaqda şübhəli bilinən bir adamı işə qəbul etdiyinə görə cavabdeh olmalıdır. 

Bozdağ deyib: Qanuna görə Mətin Topuz konsulluqda işə qəbul olunduqdan sonra onun kimliyi barədə Türkiyənin Xarici İşlər Nazirliyinə məlumat verilməli idi, amma onun adı ABŞ səfirliyinin və konsulluğunun rəsmi işçiləri siyahısına daxil edilməyib. 

Türkiyə dövləti Gülənin ölkənin dövlət orqanlarına nüfüz edərək 2016-cı il 15 iyul uğursuz dövlət çevrilişini planlaşdırmış olduğunu bildirir. 

Teqlər