Okt 14, 2017 13:37 Asia/Baku
  • Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan
    Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Ankarada etdiyi çıxışında deyib: Türkiyənin ABŞ səfirliyinin işçiləri ilə bağlı rəftarları tamamilə qanunidir. Terrorizm ilə mübarizədə İŞİD-i özünün ən böyük hədəfi adlandıran şəxslər YPG və PYD kimi digər terrorçu qruplar ilə əməkdaşlıq edirlər.

Ərdoğan əlavə edib: Etnik mənsubiyyətindən və hansı tayfadan olmasından asılı olmayaraq, İdlib və Afrindəki suriyalıları müdafiə edəcəyik. Bizim Suriya ilə 900 km-dən çox sərhədimiz var və hər an təhlükəsizlik problemi ilə üz-üzəyik. Biz kürdlər, türklər və digər etnoslardan olanları himayə edirik və müxtəlif etnoslar arasında heç bir fərq qoymuruq. 

Türkiyə prezidenti həmçinin deyib: Bəzi ölkələr bizimlə dostluq iddiasındadırlar. Məhkəmə və hüquq məsələlərində bizə dərs verməyə çalışırlar. Bizi terrorizmi himayə etməkdə ittiham edirlər. Amma, özləri terrorçuları dəstəkləyirlər. 

Teqlər