Okt 19, 2017 16:31 Asia/Baku
  • Ərdoğan İraq Kürdüstanı əhalisinə müraciət edib
    Ərdoğan İraq Kürdüstanı əhalisinə müraciət edib

Türkiyə prezidenti İraq Kürdüstanı əhalisini öz yerli rəhbərlərinin qərarlarının nəticələrini görməyə və onları cəzalandırmağa çağırıb.

İSNA-nın verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan Türkiyə ilə İraq Kürdüstanı sərhədlərinin bağlandığını xatırladaraq deyib: Bundan öncə bizim bu bölgəyə baxışımız məhəbbət dolu baxış idi amma separatçı referendumdan sonra Ərbillə sərhədlərimizi bağladıq. 

Ərdoğan Suriyanın Demokratik Birlik Partiyasının PKK-nın eynisi olaraq terrorçu təşkilat olduğunu bildirib və deyib: Bu təşkilatlar bizim kürd qardaşlarımızdan su-istifadə edirlər. 

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı da İraq Kürdüstanının separatçı referendumunu pisləyərək demişdi ki, bu hərəkət regionun sakitliyinə qarşı hərəkətdir və biz ona qarşı susa bilmərik. 

25 sentyabrda İraq Kürdüstanının başçısı Məsud Barizani öz şəxsi Ambissiyaları əsasında beynəlxalq ictimaiyyətin və İraq dövlətinin qətiyyətli reaksiyasını görməməzliyə vuraraq separatçı referendum keçirdi. Barizaninin bu hərəkəti İraq konstitusiyası və beynəlxalq qanunlara zidd hərəkət hesab olunur. 

Teqlər