Okt 22, 2017 10:11 Asia/Baku
  • Türkiyə qurumu İrana sanksiyalar haqda şayiələri təkzib etdi
    Türkiyə qurumu İrana sanksiyalar haqda şayiələri təkzib etdi

Türkiyənin Bankların Fəaliyyətinə Nəzarət Şurası BDDK bu ölkə ictimaiyyətinə müraciət edərək Türkiyənin maliyyə qurumları haqda şayiələrə etina etməmələrini istəyib və bu ölkə banklarının yaxşı şəkildə fəaliyyət göstərdiklərini bildirib.

Görünür Türkiyənin Bankların Fəaliyyətinə Nəzarət Şurası Xəbər Türk qəzetinin məqaləsinə cavab olaraq bəyanat verib. Xəbər Türk qəzeti iddia etmişdi ki, Türkiyənin 6 bankı iddia olunan İrana sanksiyaları pozduğuna görə, ABŞ rəsmiləri tərəfindən ağır cərimələrlə üzləşəcəkdir. 

Bu bəyanatda bildirilib: İctimaiyyətə çatdırılır ki, banklarımız haqda tam şayiə olan bu məlumatlar faktlara əsaslanmır və onlara etina etmək lazım deyil. 

Türkiyənin Xəbər Türk qəzeti son vaxtlar yüksək səviyyəli bank rəsmilərinə istinadla bildirmişdi ki, ABŞ rəsmiləri İran əleyhinə tətbiq olunan sanksiyaları pozduğuna görə, ehtimal üzrə Türkiyənin 6 bankına bir neçə milyard dollarlıq cərimə təyin edəcəklər. 

Bu arada Türkiyədə iki yüksək səviyyəli iqtisadi məsul şəxs deyib ki, Türkiyə bu sanksiyalar haqda ABŞ tərəfindən heç bir xəbərdarlıq almayıb. 

Teqlər