Noy 17, 2017 19:42 Asia/Baku
  • Ərdoğan: Əfrin kürd yaraqlılardan təmizlənməlidir

Türkiyə prezidenti Əfrində hərbi əməliyyatın davam etdiyini bildirərək bu şəhərin kürd yaraqlılarından təmizlənməsini vurğulayıb.

İRİB-in məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Türkiyənin İdlib şəhərindəki hərbi əməliyyatının davam etdiyinə toxunaraq deyib: Bu irəliləyişlər İran və Rusiyanın köməyi ilə əldə olunub.

Türkiyə prezidenti bir daha YPG-nin terrorçu olduğunu bildirib və deyib: Onlar Əfrini tərk etməlidirlər.

Türkiyə prezidenti kürd yaraqlıların silahlanmasına kömək etməkdə ABŞ-ı bir daha suçlayıb və deyib: ABŞ-ın YPG və PYD-yə hazırkı dəstəkləri İŞİD-in Suriyada güclənməsi ilə nəticələnmişdir. 

YPG-nin nəzarətində olan Əfrin şəhəri Türkiyə hökumətinin gündəmində duran əsas məsələlərdən sayılır.

Türkiyə kürd yaraqlılarını bu şəhərdən geri oturtmaq niyyətindədir.

Türkiyə Ordusu Baş Qərargahı bildirib: Bu ölkə ordusu qüvvələri Astana-6 müzakirələrinin razılaşması, atəşkəsə zəmanət verən üç ölkə olaraq Türkiyə, Rusiya və İran arasında Suriyada atəşkəs rejiminin icra olunması üçün 30 sentyabr 2016-cı il razılaşmasına əsasən, Suriyanın İdlib şəhərindədir.

Teqlər