Noy 19, 2017 13:44 Asia/Baku
  • Ərdoğan ABŞ-ın regiondakı hərbi müdaxiləsini tənqid edib
    Ərdoğan ABŞ-ın regiondakı hərbi müdaxiləsini tənqid edib

Türkiyə prezidenti ABŞ-ın Yaxın Şərq regionundakı hərbi müdaxiləsini tənqid edərək deyib: Türkiyə əleyhinə terror aktları üçün istifadə olunan İraqın şimalında Qəndil bölgəsindəki bataqlıqları məhv edəcək.

TRT televiziyasının internet portalının məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə şəhərində hakim Ədalət və İnkişaf Partiyasının toplantısında etdiyi çıxışında deyib: Amerikalılar regionda həll olunacaq bir çox məsələləri dalana sürükləyirlər.

O əlavə edib: İŞİD-lə savaşdıqlarını iddia edən bir çox güclər əslində özləri bu qrupları təşkil etmişlər və onlara silah və başqa yardımlar edirlər.

Ərdoğan sözlərinin digər hissəsində Suriyanın İdlib vilayətindəki əməliyyatın təkmilləşdiyini və bir çox bölgənin terrorçulardan təmizləndiyini bildirərək deyib: Türkiyə Hələb vilayətinin Mənbic şəhərini öz əsil sahiblərinə təhvil verəcək.

Teqlər