Noy 23, 2017 19:29 Asia/Baku
  • Türkiyə ABŞ-ı tənqid edib

Türkiyənin ədliyyə naziri Amerika rəsmilərinin Fəthullah Güləni Türkiyəyə təhvil verməmələrini tənqid edərək, deyibdir ki, bu ölkə indiyədək yeddi dəfə rəsmi surətdə Amerikadan Güləni Türkiyəyə qaytarmasını istəyibdir.

Əbdülhəmid Gül bu gün Amerika rəsmilərinin 2016-cı il iyulun 15-də Türkiyədə həyata keçirilmiş uğursuz çevrilişdə ittiham olunan Fəthullah Güləni Türkiyəyə təhvil verməmələrini tənqid edərək, əlavə edib: İkitərəfli və beynəlxalq razılaşmalar çərçivəsində Amerika rəsmilərindən belə bir gözləntiyə malik olmaq Türkiyə dövlətinin haqqıdır.

Türkiyənin ədliyyə naziri vurğulayıb ki, bu ölkə hələ də Amerikanın Güləni Türkiyənin məhkəmə aparatına təhvil verməsini gözləyir.

Belə bir halda, Türkiyənin baş naziri Bin Əli Yıldırım da son zamanlar, Amerikaya səfərindən öncə Amerika rəsmilərindən 2016-cı il iyulun 15-də Türkiyədə həyata keçirilmiş uğursuz çevrilişdə ittiham olunan Fəthullah Güləni Türkiyəyə ekstradisiya etmələrini istəmiş və demişdi ki, Gülənin 2016-cı il iyulun 15-də Türkiyədə həyata keçirilmiş uğursuz çevrilişdə əlinin olmasına dair bütün sənəd və faktlar Amerikadakı əlaqədar orqanlara göndərilibdir.

Belə bir halda, ABŞ rəsmiləri Gülənin ekstradisiyası üçün Türkiyə dövləti tərəfindən təqdim olunmuş sənədlərin yetərli olmadığını bildirirlər.

Türkiyə dövləti bu qənaətdədir ki, Fəthullah Gülən və onun bu ölkədəki tərəfdarları Türkiyənin dövlət orqanlarına, o sıradan məhkəmə, hərbi, təhsil mərkəzlərinə nüfuz edərək, bu ölkədə 2016-cı il 15 iyul hərbi çevrilişini təşkil ediblər.

Teqlər