Noy 24, 2017 09:56 Asia/Baku
  • Türkiyə xarici işlər naziri NATO-nu tənqid atəşinə tutdu
    Türkiyə xarici işlər naziri NATO-nu tənqid atəşinə tutdu

Türkiyə xarici işlər naziri İtaliya xarici işlər naziri ilə görüşdə Türkiyə qarşısında mənfi siyasət yürütdüyünə görə, Avropa ölkələrini tənqid edib.

İRİB-in məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı günü İtaliya xarici işlər naziri Angelino Alfano ilə Roma şəhərində görüşdə bildirib: Avropa ölkələri Ankaranı müttəfiqləri hesab etmələri yerinə, onu düşmən olaraq tanıtdırırlar. 

Türkiyə xarici işlər naziri deyib: Bəzi Avropa ölkələri özlərini Avropanın ağası hesab edirlər və başqa ölkələrin hətta bu birliyə üzv olmasına imkan vermirlər. 

Ötən il uğursuz dövlət çevrilişi və ondan sonra baş verən hadisələr Türkiyənin qərb ölkələri ilə əlaqələrinin korlanmasına gətirib çıxarıb. Türkiyə həmçinin Rusiyadan havadan müdafiə silahları və avadanlıqları satın aldığına görə, NATO-ya üzv ölkələrin tənqidinə tuş gəlib. 

Şimali Atlantik Alyansı NATO ötən həftə Norveçdə hərbi təlimlərdə Türkiyəyə hörmətsizlik etdiyinə görə, Ankaradan üzr istəməyə məcbur olub. Bu hərbi təlimlərdə Türkiyə NATO-ya üzv ölkələrin müttəfiqi yerinə, daha çox bu alyansın düşməni olaraq təqdim olunub. 

Teqlər