Noy 24, 2017 18:16 Asia/Baku
  • YPG suriyalı kürdlərin evlərinə qayıtmasına mane olur
    YPG suriyalı kürdlərin evlərinə qayıtmasına mane olur

Türkiyə xarici işlər naziri deyib: Kürd Xalq Müdafiəçiləri Qüvvələri YPG adlanan qüvvələr suriyalı kürdlərin evlərinə qayıtmasının qarşısını alırlar.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: YPG və PYD suriyalı kürdlərin nümayəndəsi deyillər. Zira İŞİD-in işğalından azad olunan bölgələrdə onların öz evlərinə qayıtmalarına mane olurlar. 

Çavuşoğlu Suriyanın şimalında böyük bir ərazini İŞİD və YPG terrorçularından təmizlədiyini bildirərək bütün tərəflərdən istəyib ki, zərərçəkən bölgələrin bərpasına kömək etsinlər. Beləliklə suriyalı didərginlər öz ev-eşiklərinə dönə bilsinlər. 

Türkiyə xarici işlər naziri həmçinin əlavə edib: YPG hazırda Suriya ərazisinin 20%-i nəzarətində saxlayır və hazırda Türkiyədə yerləşən 300 mindən çox suriyalı kürd didərginin evləri və əmlakını qarət edib. 

O deyib: Kürd qruplar, o cümlədən PYD və YPG əcnəbi ölkələrin və PKK-nın dəstəyi ilə dövlət qurmaq və Suriyanın şimalında və Türkiyənin Suriya ilə uzun sərhədlərində kürdsakinli müstəqil bölgə yaratmaq niyyətindədir. 

Teqlər