Noy 27, 2017 11:26 Asia/Baku
  • Ərdoğan Suriya haqda Qətər əmiri ilə telefon söhbəti aparıb
    Ərdoğan Suriya haqda Qətər əmiri ilə telefon söhbəti aparıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətərin əmiri Şeyx Təmim bin Həməd Ali Sani bazar günü gecə Suriyada yaşanan son hadisələr barədə məşvərət aparıblar.

Türkiyə prezident aparatı bir bəyanatda bildiribdir ki, Ərdoğan bu telefon danışığında Qətər əmirini İran, Rusiya və Türkiyə prezidentlərinin Rusiyada keçirilən son görüşünün nəticələri barədə məlumatlandırıb.

İran, Rusiya və Türkiyə prezidentləri Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu görüşdən sonra yaydıqları birgə bəyanatda bir daha Suriyanın ərazi bütövlüyü, birliyi, istiqlaliyyəti və suverenliyinin qorunmasını vurğulayaraq, terror qruplarının yekun məğlubiyyətinədək öz həmkarlıqlarını davam etdirmək barədə razılığa gəliblər.

Teqlər