Noy 30, 2017 09:52 Asia/Baku
  • Türkiyə ordusu İraqın şimalında 80-dən çox PKK-çının öldürüldüyünü bildirib
    Türkiyə ordusu İraqın şimalında 80-dən çox PKK-çının öldürüldüyünü bildirib

Türkiyə ordusu Hərbi Hava Qüvvələri çərşənbə günü bildirib ki, bu ölkənin İraqın şimalına hava hücumunda 80-dən çox PKK üzvü öldürülüb.

İRİB-in məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalına hava hücumları PKK ünsürləri ilə mübarizə bəhanəsi ilə həyata keçirilir. İraq hökuməti dəfələrlə bu haqda Türkiyə rəsmilərinə öz etirazını bildirmişdir. 

Bağdad bildirir ki, Türkiyə ordusunun müxalif qrupları vurmaq bəhanəsi ilə bu ölkənin hava zolağına daxil olmamalıdır. 

Məlumatlara görə, Türkiyənin İraqın şimalına hava hücumlarında indiyə qədər yüzlərlə sivil ölüb və ya yaralanıb. 

Teqlər