Dek 05, 2017 16:53 Asia/Baku
  • Türkiyə sionist rejim ilə diplomatik əlaqələrini kəsə bilər
    Türkiyə sionist rejim ilə diplomatik əlaqələrini kəsə bilər

Türkiyə prezidenti deyib: Qüdsün İsrailin paytaxtı kimi rəsmən tanınması Ankaranın Təl-Əvivlə diplomatik əlaqələrini kəsməsinə gətirib çıxara bilər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan ABŞ prezidenti Donald Trampa xitabən deyib ki, Qüds məsələsi müsəlmanların qırmızı xəttidir və Amerika səfirliyinin bu şəhərə köçürülməsi cəhdləri bütün müsəlmanları qəzəbləndirəcəkdir. 

Ərdoğan bu mövzunun həssas olduğunu və Qüdsün ABŞ tərəfindən sionist rejimin paytaxtı kimi rəsmən tanınacağı təqdirdə Türkiyə İslami Əməkdaşlıq Təşkilatını İstanbulda fövqəladə iclasa çağıracaq. 

Ərdoğan Suriyadakı kürd yaraqlılarına amerikan silahların göndərilməsini təkrar qınayaraq deyib: Biz Amerikaya sərhədlərimizin yaxınlığında terrorçu bir dövlət yaratmaq icazəsi verməyəcəyik. 

Teqlər