Dek 06, 2017 20:55 Asia/Baku
  • Türkiyə İsrail rejimi ilə əlaqələri kəsmək ehtimalı haqda xəbərdarlıq etdi

Türkiyə baş naziri bu ölkənin sionist İsrail rejimi ilə əlaqələrinin kəsilməsi ehtimalından xəbər verib.

TRT televiziyasının məlumatına görə, Türkiyə baş naziri Binəli Yıldırım çərşənbə günü Cənubi Koreya baş naziri Li Nak Yunla Seulda görüşdükdən sonra jurnalistlərə verdiyi açıqlamada xəbərdarlıq edib ki, Beytül-Müqəddəsin İsrailin paytaxtı olaraq rəsmən tanınması ehtimalı haqda ABŞ-ın qərarı müharibənin başlanması ilə nəticələnə bilər. 

Türkiyə baş naziri deyib: Türkiyə islam dünyasının kənarında indiyə qədər Fələstin xalqının haqlı mübarizəsini dəstəklədiyi kimi, Fələstinə dəstəyini davam etdirəcəkdir. 

Türkiyə hökumətinin sözçüsü İbrahim Kalın da çərşənbə günü bildirib: ABŞ-ın Qüdsü İsrailin paytaxtı elan etməsi böyük və nigaranedici yanlışlıqdır.