Dek 07, 2017 19:04 Asia/Baku
  • Türkiyə Trampın qərarını etibarsız adlandırdı
    Türkiyə Trampın qərarını etibarsız adlandırdı

Türkiyənin baş naziri Ankara hökumətinin ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı elan etmək üzrə qərarını etibarsız saydığını bildirib.

Türkiyənin TRT telekanalının verdiyi məlumata görə, Bin Əli Yıldırım cümə axşamı deyib: Ankara heç vaxt Qüdsü İsrailin paytaxtı olaraq tanımayacaq.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da ötən gün Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasına reaksiyada deyib: Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsinin yeganə yolu Qüdsün paytaxt olması ilə müstəqil Fələstin dövlətinin yaradılmasıdır. Və Qüdsün sionist rejimin paytaxtı olaraq tanınması Türkiyənin İsrail ilə əlaqələrini kəsməsinə səbəb olacaq.

Teqlər