Dek 08, 2017 10:30 Asia/Baku
  • Putin və Ərdoğan Trampın qərarını Yaxın Şərq üçün ziyanlı adlandırdılar

Rusiya və Türkiyə prezidentləri telefon söhbətində Beytül-Müqəddəsin sionist rejimin paytaxtı olaraq rəsmən tanınmasına dair Donald Trampın qərarını Yaxın Şərq sülh prosesi üçün ziyanverici adlandırıblar.

İRNA-nın məlumatına görə, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü telefon söhbətində ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı olaraq rəsmən tanıması və ABŞ səfirliyinin Tələvivdən bu şəhərə köçürülməsi ilə bağlı qərarından nigaranlıqlarını bildirərək xəbərdarlıq ediblər ki, ABŞ-ın bu qərarı Yaxın Şərqin sülh prosesi perspektivini təhlükəyə atacaq. 

İki tərəf qeyd edib ki, bütün məsələlər, o cümlədən Beytül-Müqəddəsin statusu ilə bağlı qəbulediləsi həll yolunun tapılması məqsədilə Fələstin və İsrail sülh müzakirələrinin yenidən başlanmasına kömək etmək üçün beynəlxalq ictimaiyyət səylər göstərməlidir. 

Teqlər